Azərbaycan və Yaponiya ikiqat vergitutmanın ləğvini müzakirə edib

Azərbaycan və Yaponiya ikiqat vergitutmanın ləğvini müzakirə edib

Azərbaycan və Yaponiya arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə növbəti danışıqlar aparılıb.

Məlumata görə, danışıqlarda Azərbaycan tərəfindən Xidmətin ekspertləri, Xarici İşlər Nazirliyinin və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri, Yaponiya tərəfindən isə Xarici İşlər və Maliyyə nazirliklərinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Bu, cari ildə müvafiq sənəd layihəsi üzərində müzakirələrə həsr edilmiş 2-ci görüşdür. Bu ilin fevral ayında Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında videokonfrans vasitəsilə görüş təşkil olunmuş və yeni Konvensiyanın layihəsi üzrə ilkin müzakirələr aparılmışdı.

Xidmətin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Musayev müzakirələr zamanı qeyd edib ki, yeni Konvensiyanın imzalanacağı təqdirdə hər iki ölkənin sərmayəçiləri üçün əlverişli şərait yaranacaq. Bu səbəbdən, yeni sənəd məlumat mübadiləsinin genişlənməsi və vergi borclarının yığılmasında səmərəli mühitin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =