Azərbaycan Xarici İşlər Nazirliyi Kirmanda baş verən terror aktını pisləyib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bildirib: “Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir.”