Azərbaycan XİN-i Fələstinin faciə günündə İsrailə təbrik dedi

Azərbaycan XİN-i Fələstinin faciə günündə İsrailə təbrik dedi

Azərbaycan XİN Başçısı Ceyhun Bayramov 1948- ci ildə Fələstinə qarşı törədilmiş işğalçılıq siyasəti və məzlum xalqın sürgünə məruz qaldığı tarixin ən “qara” səhifələrindən biri Nəkbət günü kimi yadda qalan “İsrailin Müstəqillik Günü”nü təbrik edib.

Nazirliyin “X” hesabında paylaşımda nazir Ceyhun Bayramov bu qara faciəvi günü hələ də davam etdirən və bəşəriyyətin görünməmiş qətllərinə imza atan xunta İsrailə təbrikində belə qeyd edib:

“Sizi təbrik edir və Müstəqillik Günündə xoş arzularımızı bildiririk. İsrail Milli Gününüz mübarək!”

Qərb və Şərqin əleyhinə qalxdığı, bu müharibə maşınının məhvə doğru sürükləndiyi, günbəgün beynəlxalq ictimaiyyətin nifrətini özünə qarşı daha da artırdığı, müsəlmanların göz yaşının axdığı və hər gün yüzlərcə günahsız sivil vətəndaşların qanına boyandığı bu günlərdə bütün bu cinayətkar əməlləri törədən Xunta İsrail rejiminin təbriki nə dərəcədə qəbul ediləsidir?

“Təbrik” bir tərəfə, qondarma İsrailin “müstəqilliyini” Fələstinlilərin qanı üzərində qazandığı Nəkbət günündə müsəlman xalqın faciəsinə göz örtərək rejimə “arzular” söyləmək uşaq qatili İsrailə haqq qazandırmaqdan başqa bir şey deyil.

Hər şeydən öncə isə, qeyd etmək yerinə düşər ki, İsrailin tərəfində durmaq Azərbaycan hakimiyyətinin ən axırıncı işi olduğu halda onu belə canfəşanlıqla önə çəkmək nə Azərbaycan xalqının ləyaqətinə nə də Fələstin məsələsinin həlli üçün növbəti İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısına ev sahibliyi edəcək rəsmi Bakının xarici diplomatik siyasətinə uyğun deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =