Azərbaycan yığmasının voleybolçusu üçqat Macarıstan çempionu olub

Azərbaycan yığmasının voleybolçusu üçqat Macarıstan çempionu olub

Azərbaycan millisinin qadın voleybolçusu Ayşən Abduləzimova “Vaşaş” klubunun heyətində Macarıstan çempionu olub.

“Report”un məlumatına görə, 29 yaşlı idmançının komandası finalda “Bekeşçaba”nı 5 oyunluq mübarizənin yekununda məğlubiyyətə uğratmağı bacarıb.

İlk 4 qarşılaşmada tərəflər hərəyə 2 dəfə qalib olmuşdularsa, həlledici görüşdə “Vaşaş” rəqibinə səfərdə heç bir şans verməyib – 3:0 (25:20, 25:17, 25:15).

Beləliklə, Abduləzimova “Vaşaş”ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =