Azərbaycana gələn təyyarədə dəhşətli hadisə-Video
Yanvarın 4-də Ankara-Bakı reysi üzrə Azərbaycana gələn sərnişin təyyarəsində vətəndaş dünyasını dəyişib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 14 radələrində Türkiyədən Bakıya gələn təyyarədə olan sərnişin, Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Qəzənfər Məmmədov vəfat edib. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi və bu xəstəlik ucbatından ölməsi məlum olub.
Mərhumun nəşi aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Apa.az