Azərbaycana külli miqdarda siqaret gətirə bilmədi – VİDEO

Azərbaycana külli miqdarda siqaret gətirə bilmədi – VİDEO

Xeyli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiyadan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində saxlanılıb və stasionar rentgen qurğusundan keçirilib.

Şübhəli təsvirlərin müşahidə olunduğu avtomobilin yoxlanılması zamanı yük yerində mal-müşayiət sənədlərində qeyd olunmayan 149 800 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =