Azərbaycanda ən çox yayılan xəstəliklər – SİYAHI
2019-cu ilin dekabrından dünyanı cənginə alan COVID-19 pandemiyası ölkəmizdə ötən ilin fevralından müşahidə edilməyə başladı. Bu virusla mübarizə hələ də davam edir.
Həkim Adil Qeybulla bildirib ki, ölkədə koronavirusdan savayı ötən il ən çox ürək-damar və onkoloji xəstəliklərə rast gəlinib. Psixi və nevroloji pozuntular isə günümüzdə ən çox rastlaşdığımız xəstəliklərdəndir.
Bundan başqa, qalxanvari vəz xəstəlikləri, autoimmun xəstəliklər, metabolik sindromlar, şəkərli diabetə də rast gəlinir.