Azərbaycanda ərzaq yenə bahalaşacaq? – Deputatdan PROQNOZ

Azərbaycanda ərzaq yenə bahalaşacaq? – Deputatdan PROQNOZ

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov söyləyib.

Millət vəkili bildirib ki, qlobal iqtisadiyyatdakı çətinliklər özünü ərzaq bazarında qıtlıq və qiymət artımı ilə göstərir: “Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub. Hər iki ölkənin buğda ixracatında birgə payı 30%, qarğıdalı, mineral gübrələr satışında 20% idi. Neftin 11 faizi bu regiondan ixrac olunurdu.

Göründüyü kimi, qlobal ərzaq qıtlığı və qiymət artımı 2022-ci ilin əsas iqtisadi və sosial problemi olaraq qalmaqdadır. Aydındır ki, dünya bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal inflyasiyası qaçılmazdır. Bu amil ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən, buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki sabitlliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymət dünya bazarındakı dəyişikliklərdən birbaşa asılı olacaq”. 

Vüqar Bayramovun sözlərinə görə, Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində sabitlliyi qorumağa çalışır: “Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, yeganə dayanıqlı yol idxaldan asılılığın azaldılması, tələbin daha çox yerli istehsalın hesabına ödənilməsidir”.

Publika.a

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =