Azərbaycanda 17 sm qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda 17 sm qar yağıb – FAKTİKİ HAVA

Aprelin 14-ü saat 10:00-a olan məlumata əsasən, bəzi şimal və qərb rayonlarında hava şəraiti yağıntılı olub. Sarıbaşda 23.0 mm, Daşkəsəndə 9.0 mm, Kişçayda (Şəki) 8.0 mm, Göygöldə 5.0 mm, Gədəbəydə 2.0 mm qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 17 sm, Daşkəsəndə 15 sm, Göygöldə 4 sm olub.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Şəkidə 10.0 mm, Tovuzda 6.0 mm, Balakən, Zaqatalada 5.0 mm, Ağstafa, Naftalanda 3.0 mm, Gədəbəy, Gəncədə 2.0 mm, Şəmkir, Ceyrançöl, Ağdam, Oğuz, Tərtər, Qəbələ, Mingəçevir, Yevlax, Şahdağda 1.0 mm-dək yağış yağıb.

Aprelin 13-ü gün ərzində şimal-qərb küləyi Ağdamda 22 m/s, digər rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında 15-20 m/s qeydə alınıb.

Aprelin 14-də gün ərzində mülayim cənub-şərq küləyi əsəcək, 15-16-da isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =