Azərbaycanda 4.2 maqnitudada zəlzələ olub

Biləsuvar rayonunda zəlzələ olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.
Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
BAKU.WS