Azərbaycanda COVID-19 pasportuna münasibət – SORĞU

Azərbaycanda COVID-19 pasportuna münasibət – SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1 072 respondentin COVID-19 pasportu ilə bağlı rəyini öyrənib.

Bununla bağlı Mərkəzdən verilən məlumatda bildirilib.

Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilən regionlar sorğuda iştirak etməyib.

Sorğuda iştirak edənlərin 57 %-i ən azı bir doza vaksin qəbul edib. Müqayisə üçün deyək ki, 2021-ci ilin aprelin 25-dən mayın 18-dək olan dövrdə keçirilmiş sorğuda iştirak edənlərin 30.6 %-i artıq vaksin dozası qəbul etdiyini bildirmişdi.

Vaksin olunmayan 43 % respondentin vaksin olunmamaqla bağlı ifadə etdiyi səbəblər isə müxtəlifdir. Diqqət çəkən məqam odur ki, əhəmiyyətli sayda – 28.0 % respondent heç bir halda vaksin olunmayacağını bildirib.

Təqaüdçülərin təxminən 40 %-i, evdar qadınların isə 31 %-i heç bir halda vaksin olunmayacağını deyib. 19 % respondent isə yalnız məcburiyyət əsasında vaksin olunmağa razılıq verəcəyini deyib. Daha dəqiq, həmin respondentlər vaksinasiyanın ölkə miqyasında icbari olacağı təqdirdə doza qəbul edəcəklərini bildirib.

18-35 yaş aralığında olanlar arasında vaksinə mənfi münasibət yaşlılara nisbətdə daha çoxdur. Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran və Qarabağ regionlarında heç bir halda vaksin olunmayacağını deyənlər bəzi bölgələrə nisbətdə iki dəfə çoxdur.

Bəs əhali hansı hallarda xidmətlərin istifadəsində vətəndaşdan koronavirus pasportunun tələb edilməsini məqbul hesab edir?

Sorğuda iştirak edənlərin üçdə bir hissəsi (34 %) məhz elə idman zallarından istifadədə COVID-19 pasportunun tələb edilməsini adekvat hesab edir. Analoji göstərici ölkə xaricinə səyahət etmək üçün 57 % təşkil edib.

28 % respondent isə pasportun heç bir halda tələb edilməsini adekvat hesab etmir. Bu fikir işləməyən respondentlər (38 %) arasında nisbətən daha geniş yayılıb.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =