Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: əmisini dırmıqla öldürdü – VİDEO – YENİLƏNDİ
Publika.az-a Laçın Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən ediib ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib, nəticədə sonuncu almış olduğu xəsarətlərdən qeyd edilən tarixdə xəstəxanada ölüb.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Laçın sakini əmisini dırmıqla öldürüb.
Publika.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 20-də rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən Ə.İsmayılov aprelin 26-da ölüb.
Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Publika.az