Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s-dək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsəcəyi, 20-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu 4-6 dərəcə enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşamdan 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 6-da arabir 18-23 m/s, martın 7-də 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 32-35 m/s-dək güclənəcək.

Havanın temperaturu 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =