Azərbaycanda karantin rejimi ilə bağlı qaydalara dəyişiklik edildi
Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib.
Dəyişikliyə əsasən, İordaniya Haşimilər Krallığı, Kipr Respublikası və Ukrayna vətəndaşları, orada daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edə biləcəklər.
Publika.az