Azərbaycanda koronavirusa yoluxan nazir sağalıb
Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.
Bu barədə Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.
O bildirib ki, A.Kərimovun bu həftə karantin müddəti başa çatıb: “Nazirin səhhəti yaxşıdır və COVID-19 infeksiyası üçün götürülən son analiz nümunələrinin nəticəsi də neqativdir”.
M.Qafarzadə mədəniyyət nazirinin bu həftədən etibarən işə çıxdığını vurğulayıb.
Apa