Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 683,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % azdır.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların dəyəri 83,5 milyon manat təşkil edib.

Ötən rüb Azərbaycanda 6 497,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,1 % azdır. Bunun 6 294,8 milyon kVt/saat –ı əmtəəlik elektrik enerjisi olub ki, bu da 0,1 % azalma deməkdir.

Bunun 227,7 milyonn kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2020-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 5,3 % çoxdur.

Bunun 6 037,1 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 0,2 % azdır.

Hesabat dövründə Azərbaycanda 21,3 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 12 % azdır.

Yanvar-mart aylarında ölkədə 8,7 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə eynidir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 8 =