Azərbaycanda məktəblər fevralın 1-dən açılır?

Azərbaycanda məktəblər fevralın 1-dən açılır?

Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.

Artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırığın verildiyi bildirilir.

Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.

Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcəyi bildirilib.

Koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur.

REPORT.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =