Azərbaycanda meymunçiçəyi virusu aşkarlanıb? – AÇIQLAMA

Azərbaycanda meymunçiçəyi virusu aşkarlanıb? – AÇIQLAMA

“Əksər ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, meymunçiçəyi virusu ilə bağlı həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də onların Avropa Bürosu ofisləri ilə mütəmadi əlaqədədirlər:

“Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Düşünürük ki, əhalinin gigiyenik qaydalara düzgün riayət etməsi bu virusun ölkəmizdə yayılmasının qarşısını ala biləcək”.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =