Azərbaycanda mikroavtobus qəzaya düşdü – Yaralılar var

Azərbaycanda mikroavtobus qəzaya düşdü – Yaralılar var

İsmayıllı rayonunda mikroavtobus ağaca çırpılıb, 7 sərnişin xəsarət alıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı mikroavtobusun sürücüsü – Şəki rayon sakini Elxan Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və mikroavtobusda olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 18 =