Azərbaycanda monoplistlər əhaliyə bu qədər ziyan vurur

Azərbaycanda monoplistlər əhaliyə bu qədər ziyan vurur

Publika.az xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimov komitənin iclasında bildirib.

Süni surətdə baş verən qiymət artımının hr 1%-i Azərbaycan əhalisinin xərclərini 500 milyon manat artırır. Yəni bu il nəzərdə tutulan 450 milyon manat, qiymətlərin yalnız 0,8% artımını kompensasiya edə bilər: «Dövlət əhali üçün dəstək verməyə çalışdığı halda monopolistlər yaranan vəziyyətdən faydalanırlar»-deyə millət vəkili bildirib.

Millət vəkili qeyd edib ki, bunun qarşısını almaq üçün rəqabəti gücləndirmək və Rəqabət Məcəəsinin qəbulunu tezləşdirmək lazımdır.

«Əgər qiymətlər faizlə artardısa bunu gömrüklə bağlı olan məsələlərlə əlaqələndirmək və gömrüklə müzakirə etmək olardı. Amma qiymət dəfələrlə artırsa bu rəqabət və monorpoliya ilə bağlıdır və belə hallara yol verənləri cəzalandırmaq lazımdır. Çünki cəzalanmayana qədər belə hallar davam edəcək»-deyə Əli Məsimov bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 3 =