Azərbaycanda saxta pul nişanlarının sayı 30% azalıb

2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 628 ədəd (29 523 manat) saxta pul nişanı aşkarlayaraq tədavüldən çıxarıb və hüquq mühafizə orqanlarına təqdim edib ki, bu da 2019-cu illə müqayisədə 30% azdır.
Məlumata görə, ötən il üzrə tədavüldə olan hər 425 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə – 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə – 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində AMB-nin istifadəyə verdiyi “Saxta Pul nişanlarının Monitorinqi Sistemi” vasitəsilə bu sistemə inteqrasiya olunmuş hüquq mühafizə orqanları ilə operativ informasiya mübadiləsi təmin edilib.
Apa