Azərbaycanda ŞOK HADİSƏ: Arvadını öldürdü, polisə atəş açdı, güllələnərək tutuldu

Azərbaycanda ŞOK HADİSƏ: Arvadını öldürdü, polisə atəş açdı, güllələnərək tutuldu

Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü  Şirvan şəhər sakini   Abıyev Elnur Mətləb oğlu   şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.  

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 1 =