Azərbaycanda yüksək vəzifəli şəxslər saxlanıldı – YENİLƏNİB- RƏSMİ
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.
***16:02
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat zamanı bir neçə nəfər vəzifəli şəxs saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.
BAKU.WS