Azərbaycanda zəlzələ olub
Yerli vaxtla saat 22:24-də Mingəçevir stansiyasından 25 km cənub-qərbdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə BAKU.WS Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir.
Yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
BAKU.WS