Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu Səudiyyə Ərəbistanına çatıb

Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu Səudiyyə Ərəbistanına çatıb

Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu Səudiyyə Ərəbistanına çatıb.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, zəvvarlar Səudiyyə Ərəbistanı saatı ilə saat 09:00-da çatıblar:

“Zəvvarların hamısı yaxşıdır. Onlar 4 avtobusla Cöhfə miqatına çıxacaqlar, artıq yola düşüblər. Ciddə şəhərindən 2 saat məsafədə olan Cöhfə miqatında ehram bağlayacaqlar. Cöhfə miqatından çıxıb Məkkəyə gedəcəklər. Gecə Məkkəyə çatacaqlar. Təxminən 1 saat dincəlib sübh namazından əvvəl əməlləri bitirmək üçün Kəbəyə düşəcəklər. Həcc ziyarətinin 5 vacib ayini olan Ümrəyi-təməttönü həyata keçirəndən sonra ehramdan çıxacaqlar. Daha sonra zəvvarlar qaldıqları otelə qayıdacaqlar. Zəvvarların qaldıqları hoteldə də bütün şərait var”.

Qeyd edək ki, sonuncu zəvvar qrupu iyunun 22-də yola düşəcək. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar. Sonuncu zəvvar qrupu iyulun 11-də Mədinədən yola düşəcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =