Azərbaycandan kənarda yaşayan bir qrup bloger barəsində qiyabi həbs qərarı verilib!

Azərbaycandan kənarda yaşayan bir qrup bloger barəsində qiyabi həbs qərarı verilib!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Azərbaycan Baş Prokurorluğunun təqdimatına əsasən, iyunun 3-də Binəqədi Rayon Məhkəməsi xaricdə yaşayan bir neçə bloger haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Bu qərar İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev və Qurban Məmmədovu əhatə edir.

Prokurorluq bu şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri ilə ittiham olunduğunu açıqlayıb. Onlar hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etməkdə, həmçinin dövlətin konstitusiya quruluşuna qarşı fəaliyyətlərə cəhd göstərməkdə ittiham olunurlar.

İyunun 2-də isə Binəqədi Rayon Məhkəməsi blogerlər Tural Sadıqlı, Orduxan Temirxan və keçmiş rektor Elşad Abdullayev barəsində də eyni qərarı qəbul etmişdi. Məlumata görə, həmin şəxslər sosial şəbəkələrdə yayımladıqları materiallarla hakimiyyətə qarşı çağırışlar ediblər. Bununla yanaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, eləcə də yazar Natiq Ədilov və “Azərbaycan Saatı” YouTube kanalının aparıcısı Emin Əhmədbəyov barəsində də qiyabi həbs qərarı verildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 5 =