Azərbaycandan vaxtsız təbrik

Azərbaycandan vaxtsız təbrik

Bütün dünyanın sionist rejimi qəzzədə törətdiyi anti-bəşər cinayətlərinə görə qınadığı bir şəraitdə Azərbaycan Respublikası bu saxta rejimi təbrik edib.

Azərbaycan Xarici işlər Nazirliyi X hesabında işğalçı rejimi təsis edildiyi gün münasibəti ilə təbrik edib. 

“Sizi təbrik edir və Müstəqillik Günündə xoş arzularımızı bildiririk. İsrail Milli Gününüz mübarək!”, – deyə paylaşımda bildirib.

Qeyd edək ki, 1917-ci ildə birinci dünya müharibəsi əsnasında Britaniyanın xarici işlər naziri Artur Balfor Britaniya yəhudiləri cəmiyyətinin sədri Lord Roçildə bir məktub göndərdi. Balfor bəyanatı adlanan bu məktubda deyilir ki, Britaniya yəhudilərin “milli evi”-ni Fələstində yaratmaq niyyətindədir. Beləliklə Osmanlı imperiyasının tərkibində olan Fələstin 1920-ci ildə Britaniyanın mandatlığı altına keçdi. Bu tarixdə Fələstində əhalinin sadəcə 11 faizini yəhudilər təşkil edirdilər. 1920-ci il Fələstinin Britaniyanın mandatlığı altında idarə olunmağa başladığı gündən 1948-ci il 14 mayda “Yəhud Agentliyi”-nin başçısı Deyvid Ben Qorion tərəfindən “İsrail yurdu”-nun ölkə anlamında təsis olunduğu günədək, başqa sözlə 28 illik bir müddətdə dünyanın ayrı-ayrı ölkələrində yaşayan yəhudilərə xeyli vədlər verilərək Fələstinə köçürüldü və fələstinlilərin böyük əksəriyyəti isə öz dogma yurdundan məcburi surətdə didərgin edildi. Beləliklə Britaniyanın planı əsasında müsəlman torpaqlarında yerli sakinlərin etnik təmizləməyə məruz edilməsi ilə sionist rejim yaradıldı və bu günədək bu qeyri-qanuni rejim öz işğalçılıq siyasətini fələstinlilərə qarşı olmazın cinayətlər törətməklə davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − one =