Azərbaycanın bu qədər taxıl ehtiyatı var

“Azərbaycanda hazırda ümumi bazar üzrə dörd aylıq taxıl ehtiyatı var”.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.
O həmçinin qeyd edib ki, hazırda ərzaqlıq buğdanın dövlət ehtiyatlarının tədarükü ilə bağlı işlər görülür:
“Həm yerli buğda istehsalçılarına müvafiq elanlar verilib, həm də xarici iri taxıl istehsalçıları ilə müqavilələr bağlanılıb”.
BAKU.WS