Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat olub

Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat olub

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 21,6 %-i qədər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 % çoxdur.

Maliyyə Nazirliyinin məlumatına görə, borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7,4 %-i və 14,2 %-i qədərdir, 1 il əvvələ nisbətən müvafiq olaraq 18,9 % az və 2,8 dəfə çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =