Azərbaycanın karate komandası Türkiyədə bürünc medal qazanıb

Azərbaycanın karate komandası Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bursa şəhərində 15-16 yaş kateqoriyasında təşkil olunan yarışda Ayxan Şabanzadə, Hüseyn Sadiqov və Cavid Quliyevdən ibarət kollektiv bürünc medal qazanıb.