Azərbaycanın səbri tükənir – İrəvanın cəhdləri fiaskoya məhkumdur

Azərbaycanın səbri tükənir – İrəvanın cəhdləri fiaskoya məhkumdur

“Ermənistan rəhbərliyi özünü Avropada sülhpərvər göstərərək, Azərbaycanı ittiham edir və ölkəmizin əleyhinə bəyanatlar səsləndirir. Əslində Paşinyanın Avropa Parlamentindəki çıxışı və yeni obraza girməsi onun taktikasıdır”.

 Ekspert politoloq Oqtay Qasımov Ermənistan Baş nazirinin fikirlərini belə şərh edib:

“Nikol Paşinyan Azərbaycanla ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının mümkün olacağı ilə bağlı bəyanat səsləndirir. Bundan başqa, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasıyla bağlı heç bir problemin olmadığını və Ermənistanın buna hazır olduğunu söyləyir. Bununla o, Avropa auditoriyasında, beynəlxalq səviyyədə özünün sülhpərvər imicini formalaşdırmaq istəyir. Eyni zamanda, Azərbaycanı etnik təmizləmədə və Ermənistan ərazilərini guya işğal altında saxlamaqda ittiham edir. Bunlar əlbəttə ki, manipulyasiyadır. Əvvəla, etnik təmizləmə ilə bağlı məhz Paşinyanın özü sentyabrın 21-də, antiterror əməliyyatlarından dərhal sonra bəyanat verib bildirdi ki, Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur. Bundan başqa, Paşinyanın Avropa Parlamentində səsləndirdiyi bir rəqəm əlbəttə ki, böyük bir uydurmadır. O bildirir ki, Azərbaycan 100 km-lik ərazidə Ermənistanın 4 km dərinliyinə girib. Bu da 400 kv.km ərazi deməkdir. Azərbaycan və Ermənistan arasında sərhədlər dəqiqləşmədiyindən, şərti sərhəd olduğuna görə onun bu fikirlərinin heç bir əsası yoxdur”

Daha sonra Paşinyanın Avropa Parlamentində Rusiya əleyhinə söylədiyi fikirlərə toxunan politoloq bildirib ki, baş nazir hakimiyyətə gələndən bəri ölkəsini Qərbə yönləndirməyə çalışırdı: “44 günlük müharibədən sonra onun əlinə fürsət düşdü və Rusiyanı ittiham etməyə, getdikcə ondan uzaqlaşmağa çalışdı. O, Rusiya əleyhinə fikirlərini növbəti dəfə Avropada yüksək kürsüdən səsləndirməklə Qərbdəki tərəfdaşlarını Ermənistanı müdafiə etməyə dəvət etdi. Amma Qərb cinahından Paşinyanın bu çağırışlarına dəstək olacaqmı, onu gələcək göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 18 =