Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasında keçirilən “Eurotalents Development Camp” turnirdə gümüş medal qazanıb.

Federasiyadan Oxu.Az-a verilən məlumata görə, o, finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − eight =