Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 58 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 17,691 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % çoxdur.
Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 11,393 milyard ABŞ dolları ixracın, 6,298 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 24,8 %, idxal isə 6,7% artıb.
Son nəticədə xarici ticarətdə 5,095 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 57,7 % çoxdur.
Apa