Azərbaycanın yunan-roma güləşi üzrə millisi dünya çempionu oldu

Azərbaycanın yunan-roma güləşi üzrə millisi dünya çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-roma güləşi üzrə yarışa yekun vurulub.

Məlumata görə, qızıl medal qazanan Azərbaycan yığması 85 xalla dünya çempionu olub. Titulunu qoruyan komanda ardıcıl 2-ci dəfə bu uğura imza atıb.

Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. DÇ-də debüt edən Qurban Qurbanov (82 kq) isə 5-ci yeri tutub və millimizə 10 xal qazandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one − 1 =