Azərbaycanla Ermənistan arasında sülhün açarı budur – Dövlət Departamenti

Azərbaycanla Ermənistan arasında sülhün açarı budur – Dövlət Departamenti

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinq zamanı Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü şərh edərkən deyib. O, problemlərin həlli üçün açarın birbaşa dialoq olduğunu bildirib.

Onun sözlərinə görə, Vaşinqton iki ölkə arasında sülhün mümkün olduğuna inanır. Lakin Patel danışıqların təfərrüatlarını və nəticəsini açıqlamayıb.

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Entoni Blinken və Ararat Mirzoyan arasında görüş keçirilib. Bundan sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ikitərəfli görüş keçirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 7 =