Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri ilə bağlı sənəd imzalanacaq

Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri ilə bağlı sənəd imzalanacaq

Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalayacaqlar.  

Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.   Trend-in Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədin dekabrın 16-da iki ölkənin enerji nazirlikləri arasında imzalanacağı gözlənilir.  

Məlumatı Trend-ə Energetika Nazirliyi də təsdiqləyib və sənədin təfərrüatlarının imzalandıqdan sonra açıqlanacağını bildirib.  

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov bir qədər əvvəl Trend-ə bildirmişdi ki, Naxçıvan Muxtar Respublikasına etibarlı qaz tədarükü gündəmdəki məsələlərdən biridir: “Bu baxımdan Azərbaycandan Türkiyəyə tədarük olunan təbii qazın bir qisminin İqdır-Naxçıvan qaz kəməri ilə Naxçıvana nəqli planlaşdırılır. ”  

Nazirin sözlərinə görə, bu layihə Naxçıvan Muxtar Respublikasının qaza olan ehtiyacını ödəməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək.

Maide.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =