Azərbaycanlı əsir: Ermənilər Şuşa həbsxanasında ölənləri 5-5, 10-10 basdırırdılar

Azərbaycanlı əsir: Ermənilər Şuşa həbsxanasında ölənləri 5-5, 10-10 basdırırdılar

“Ermənilər əsirlikdə ölənləri sürüyərək bu əraziyə gətirib, 5-5, 10-10 kütləvi basdırırdılar”.

APA xəbər verir ki, bunu Şuşa həbsxanasında, erməni əsirliyində olan Cəmaləddin Süleymanov deyib. O bildirib ki, Ağdam işğal olunan zaman, Qiyaslı kəndindən əsir düşüb.

“Bizi oradan Şuşa həbsxanasına gətirdilər. Bura gələndə qız, gəlin, uşaq, cavan, qoca olmaqla xeyli əsir var idi. Ermənilər bizə olmazın işgəncə verirdilər, döyürdülər. Ölənləri sürüyərək bu əraziyə gətirib, 5-5, 10-10 kütləvi basdırırdılar”.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 5 =