Azərbaycanlı deputatlar Ərzuruma səfər ediblər

Azərbaycanlı deputatlar Ərzuruma səfər ediblər

Türkiyənin Ərzurum şəhərində səfərdə olan Milli Məclisin bir qrup üzvləri Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum başqanı İbrahim Küçüklü oğlu ilə görüşüblər.

APA xəbər verir ki, görüş zamanı mediaya açıqlama verən deputatlar Azərbaycanın həmişə Türkiyəyə dəstək verdiyini, iki ölkə arasındakı münasibətlərin daim yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Deputat Elşad Mirbəşir bildirib ki, bu gün Türkiyə dünyanın 5 güclü ölkəsindən biridir:

“İnanırıq ki, Türkiyə seçkilərdən sonra daha da güclənəcək və Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün böyük dəstək olacaq. Bu gün dünyada ən çox humanitar yardımı edən ölkə Türkiyədir. Türkiyənin böyüklüyü, gücü dünyadakı ədalətin davamlılığı deməkdir”.

Deputat Kamilə Əliyeva Azərbaycan xalqının salamlarını çatdırıb və qeyd edib ki, buradakı insanların Azərbaycana qarşı sevgiləri böyükdür:

“Böyük məmnunluqla qarşıladıq. Biz özümüzü burada qonaq hiss etmirik. Son 20 ildə Türkiyənin inkişafı göz qabağındadır. Cənab Ərdoğanın sülhsevər yanaşmasını hər zaman görmüşük və hiss etmişik. Bu bir daha Türkiyənin gücündən xəbər verir. 2021-ci ildəki Şuşa bəyannaməsi iki ölkə arasıdakı əlaqələrin güclənməsi istiqamətində atılmış addımdır. Hamımız bilirik ki, bizim qardaşlığımız əbədidir, heç bir güc bizi ayrı sala bilməz”.

Deputat Anar Məmmədov da Ərzurumda insanların istiqanlı olduqlarını bildirib. O əlavə edib ki, seçkilərdən sonra Türkiyə daha da güclənəcək.

Deputatların səfəri ilə bağlı təşəkkürünü İbrahim Küçükoğlu ölkələr arasında qardaşlığın daha da güclənməsi üçün belə görüşlərin keçirilməsinin vacibliyini bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 16 =