Azərbaycanlı futbolçu Nepal çempionu oldu

Azərbaycanlı futbolçu Nepal çempionu oldu

Azərbaycan millisinin sabiq forvardı Nurlan Novruzov Nepal çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı futbolçu bu uğura “Maçhindra” komandasının heyətində imza atıb.

Sözügedən komanda sona iki tur qalmış “Satdobato”nu 1:0 hesabı ilə üstələyib. Novruzov qarşılaşmada qələbə qoluna imza ataraq komandasını çempion edib.

Novruzov 2021-ci ildən bu komandanın formasını geyinir. O, daha əvvəl Nepalda “Lalitpur Siti”nin şərəfini qoruyub.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =