Azərbaycanlı televiziya əməkdaşı Rusiyada təyyarə qəzasında öldü – VİDEO

Azərbaycanlı televiziya əməkdaşı Rusiyada təyyarə qəzasında öldü – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı dünyasını dəyişib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Rusiya mətbuatının yazdığının görə, qəza zamanı iki nəfər dünyasını dəyişib.

M.İbrahimov əslən Quba rayonundandır, ailəlidir 3 övladı var.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 3 =