“Azərkosmos” Çin şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” Çin şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” ASC Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən verilən məlumata görə, müqaviləyə əsasən “Satelliteherd” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) diametri 4.2 metr olan yerüstü anten quraşdırıb. “Satelliteherd” şirkəti bu anten vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin sağlamlığının yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək.

Kosmik texnika mühəndisliyi sahəsində yüksək təcrübəyə malik olan “Satelliteherd” şirkəti ƏYPİM-də quraşdırılan anten sayəsində peyklərdən düzgün siqnalların qəbulu üçün etibarlı və müasir həllər təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 5 =