Azad olunan ərazilərdə 30 572 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında qeyd edilib ki, icra edilən humanitar minatəmizləmə fəaliyyəti (2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənib, 30 572 ədəd mina və PHS aşkar edilib.
Bildirilib ki, carı ilin 1-14 aprel tarixləri ərzində isə 506.4 ha ərazi təmizlənib, 595 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.
BAKU.WS