Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 369, tank əleyhinə 74 mina və 1090 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 7 395 308 m² (739,5 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məlumata görə, ötən ilin noyabrın 10-dan bu il mayın 31-dək piyada əleyhinə 7449, tank əleyhinə 3643 mina və 9033 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 27 635 309 m² (2763,5 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + ten =