AZAL yeni `Boeing 787 Dreamliner` təyyarələri almaq istəyir

AZAL yeni `Boeing 787 Dreamliner` təyyarələri almaq istəyir

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar səfər etmiş ABŞ-ın “Boeing Commercial Airplanes” şirkətinin Rusiya və MDB ölkələrində satış və marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb.

Faktxəbər AZAL-a istinadən xəbər verir ki, görüşdə şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib. 

Görüş çərçivəsində AZAL üçün yeni “Boeing 787 Dreamliner” təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər “Boeing” korporasiyasının 9 genişfüzelyajlı “Dreamliner” təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud “Boeing 757”, “Boeing 767” və “Airbus A340” təyyarələrini 2030-cu ilin sonuna qədər əvəz edə biləcək. 

Müvafiq təklif hazırlandıqdan sonra aviaşirkətin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.

Hazırda AZAL uzaqməsafəli istiqamətlərdə özünü doğruldan 2 “Boeing 787-8 Dreamliner” təyyarəsini istismar edir. Aviaşirkət postsovet məkanında “Boeing 787-8 Dreamliner” təyyarəsini istismar edən ilk aviadaşıyıcıdır. AZAL-ın hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi onun çuşlarının coğrafiyasını daha da genişləndirəcək.

Görüş zamanı tərəflər AZAL və “Boeing” arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =