BƏƏ-də böyük günahlara qanunla icazə verildi

BƏƏ-də böyük günahlara qanunla icazə verildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) alkoqol istehlakı, intihara cəhd cəzaları ləğv edildi və subay cütlüklərin birlikdə yaşamasına icazə verilib.

BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın verdiyi xəbərə görə, dövlət başçısı Xəlifə bin Zayid Əl-Nəhyan, fərdi status və mülki münasibətlər qanunları ilə cinayət və cinayət prosessual qanunlarına edilən dəyişiklikləri təsdiqləyib.

Xüsusilə, “namus işi” əsasında törədilən cinayətlərə görə cəzanın yüngülləşdirilməsini nəzərdə tutan qanun maddəsi ləğv edilib.

“The National” qəzeti isə, dəyişikliklərin təsdiqlənməsindən sonra BƏƏ-də alkoqol istehlakının artıq cinayət əməli olmadığını və alkoqollu içki satmaq üçün icazə veriləcək mağazalardan alkoqollu içki almaq üçün ən az 21 yaşında olmağın və xüsusi ev və ya klub kimi səlahiyyətli yerlərdə istehlak şərtlərinin olduğunu yazıb.

Əvvəllər BƏƏ-də yalnız 21 yaşdan yuxarı turistlərin və qeyri-müsəlman xarici vətəndaşların spirtli içki qəbul etməsinə icazə verilirdi.

Xəbərdə təsdiqlənmiş dəyişikliklərin intihara cəhd cinayət təqibinin ləğv edildiyi və evlənməyən cütlüklərin birlikdə yaşamasına imkan verdiyi bildirilib.

Deyerler.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =