BƏƏ-dən ABŞ-a qarşı daha bir zərbə: Bu birlikdən də çıxdı

BƏƏ-dən ABŞ-a qarşı daha bir zərbə: Bu birlikdən də çıxdı

Publika.az xəbər verir ki, bu barədə BƏƏ Xarci İşlər Nazirliyinin rəsmi saytında bildirilib.

“BƏƏ regional təhlükəsizlik və sabitliyin ümumi məqsədlərinə nail olmaq üçün vasitə kimi dinc dialoqa və diplomatik vasitələrə sadiqdir. BƏƏ-nin bütün tərəfdaşları ilə təhlükəsizlik sahəsində əməkdaşlığın effektivliyini davamlı qiymətləndirməmiz nəticəsində 2 ay öncə Birləşmiş Dəniz Qüvvələrindən çıxmışıq”, – deyə qeyd edilib.

Xarici İşlər Nazirliyi bildirib ki, BƏƏ beynəlxalq hüquq normalarına uyğun şəkildə öz dənizlərində qaydaların məsuliyyətlə təmin edilməsində daima sadiq qalır.

Qeyd edək ki, ABŞ-ın Beşinci Donanması ilə birlikdə qərargahı Bəhreyndə yerləşən Birləşmiş Dəniz Qüvvələrinə Qırmızı dəniz və Fars körfəzində gəmiçilik təhlükəsizliyi və dəniz quldurluğu istiqamətində mübarizə ilə məşğul olan 34 ölkə daxildir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + nine =