BƏƏ-dən sonra Bəhreyn ticarət gəmiləri də İsrail limanlarına yola düşüb

BƏƏ-dən sonra Bəhreyn ticarət gəmiləri də İsrail limanlarına yola düşüb

Birləşmiş Ərəb Əmirliklərinin gəmilərinin İsrail limanlarına çatmasından sonra Bəhreynin ticarət və yük gəmiləri də eyni istiqamətdə hərəkətə başlayıblar.

SalamNews bu barədə İsrailin Teleradio Şurasının saytı Kan.org-a istinadla məlumat verir.

Bildirilib ki, yaxın günlərdə Bəhreynin Xəlifə bin Salman limanından çıxan ticarət gəmisi İsrailin Hayfa limanına çatacaq.

Qeyd edək ki, bundan öncə ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinə məxsus yük gəmisi İsrailin Hayfa limanında lövbər salıb.

Məlumata görə BƏƏ yük gəmisinin yükü bır sıra məişət məhsullarından ibarətdir.

İsrailin rəsmi mənbələri bu prosesi iki ölkə arasında ticarət əlaqələri zəminində ilk addımlardan biri hesab ediblər.

Qeyd edək ki, BƏƏ və Bəhreynin İsraillə saziş imzalamasından sonra Təl-Əvivlə əlaqələri rəsmiləşdirən ərəb dövlətlərinin sayı 4-ə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + twelve =