BƏƏ həbsxanaları məhbus qadınların kütləvi məzarlarlığına çevrilib

BƏƏ həbsxanaları məhbus qadınların kütləvi məzarlarlığına çevrilib

Britaniyadakı Ərəb İnsan Haqları Təşkilatı (ƏİHT) BƏƏ həbsxanalarının həbs olunan qadınların kütləvi məzarlığına çevrilməsi barədə xəbərdarlıq edib. ƏİHT “Tvitter” səhifəsində yazıb: “BƏƏ-nin həbsxanaları, zehni və fiziki işgəncələrdə ixtisaslaşmış təhlükəsizlik işçiləri tərəfindən, sakit və mütəşəkkil şəkildə sui-qəsd edilən məhbus qadınların kütləvi məzarlığına çevrilib”.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərdə deyilir: “BƏƏ ictimai fəal Aliyə Abdul Nurun qandallanaraq, həbsxanada tibbi yardım göstərilmədən ölümə tərk edildikdən sonra, sərbəst buraxılmasına dair bütün beynəlxalq tələblərə məhəl qoymayıb”. Məruzədə daha sonra deyilir: “Başqa bir ictimai fəal Aminə əl-Abduliyə, ittiham məzmunlu sənədləri oxumadan imzalamaq üçün işgəncə verilərək, heç vaxt etmədiyi əməli etiraf edib”. ƏİHT həbsxanalardakı ictimai fəal qadınlara qarşı işgəncə verilməsinə dair xəbərdarlıq etdi və onların sərbəst buraxılması üçün kampaniya başlatdı. İnsan hüquqları təşkilatları əvvəllər BƏƏ-nin həbsxanalarında siyasi məhbusların olduğu kritik vəziyyət barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + eight =