BƏƏ hakimiyyəti sel səbəbindən 800-dən çox insanı təxliyə edib

BƏƏ hakimiyyəti sel səbəbindən 800-dən çox insanı təxliyə edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) fövqəladə hallar xidmətləri ölkənin şimalında güclü yağışların selə səbəb olduğu bir sıra rayonlardan 800-dən çox insanı təxliyə edib. Təbii hadisə nəticəsində yollarda nəqliyyatın hərəkəti pozulub, yaşayış binalarını su basması təhlükəsi yaranıb.

Trend-in məlumatına görə, bu barədə “The National” qəzeti xəbər verib.

Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Aradan Qaldırılması İdarəsi selin ən çox zərər çəkmiş Şarja və Füceyrə əmirliklərində xilasetmə əməliyyatı təşkil edib. Yerli hakimiyyət orqanları təxliyyə edilən sakinləri otellərə və xüsusi təchiz olunmuş müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirib

Ehtimal edilən ölən və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =