BƏƏ İsrail ilə münasibətləri pis olan dövlətlərin vətəndaşlarına viza verməyi dayandırdı
Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri Türkiyə də daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, Birləşmiş Ərəb Əmirlikləri Türkiyə, Suriya, Livan, İran, İraq, Əfqanıstan, Pakistan, Yəmən, Əlcəzair, Tunis, Liviya, Somali və Keniyaya viza verilməsi prosesini tam olaraq dayandırıb.
Ekspertlər baş verənlərin İsrail rejimi ilə yaxınlaşmadan sonra reallaşmasına diqqət çəkirlər.